Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə nəticəsində rayon sakini, 1998-ci il təvəllüdlü Amid Novruzlu ayaq nahiyəsindən bıçaq xəsarəti alıb. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hələlik hadisənin təfərrüatı məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az