Qurban Qurbanov: “Azərbaycan çempionatında basketbol komandamız olacaq”

Siyasət


“Şuşada çox yeri gəzdim. Hamının marağında olan yerləri gördüm, çox sevindim. Xatirələrimdə qalacaq günlər oldu”.

Oxu.Az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 3×3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsi zamanı jurnalistlərə açıqlamasında deyib.

51 yaşlı mütəxəssis “Qarabağ”ın basketbol komandasının yaradılması ilə bağlı danışıqların aparıldığını söyləyib:

“Böyük ehtimalla Azərbaycan çempionatında basketbol komandamız olacaq. Bu barədə təklif var. Rəhbərliyimizin elm və təhsil naziri Emin Əmrullayevlə bu barədə görüşləri olub. Düzdür, tam işin içində deyiləm. Ancaq müzakirələrin aparılması barədə məlumatım var. Belə bir variantın olma ehtimalı mümkündür”.

Q.Qurbanov basketbola həmişə maraq göstərdiyini qeyd edib:

“Sadəcə, çoxdan idi ki, canlı izləmirdim. Cənab nazir dəvət etdi, böyük məmnuniyyətlə qəbul etdim. Mənim üçün çox maraqlı və xoş oldu. Həm bu gözəl diyarı gördüm, həm də belə yarışda iştirak elədim”.

Qurban Qurbanov yeni transfer axtarışlarını davam etdirdiklərini deyib:

“Hamidu Keytadan başqa hələlik yeni transferimiz yoxdur. Amma həmişəki kimi, iş gedir, axtarışdayıq”.

Faiq Tahirov

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir