AQTA xarici ölkələrdəki qida obyektlərində qiymətləndirmə aparıb, 1 müəssisəyə imtina verilib

Cəmiyyət


Bu ilin may və iyun ayları ərzində Rusiya, Belarus, Bolqarıstan, Çin, Gürcüstan, İran və Ukraynaya məxsus 22-si yerində, 28-i isə onlayn formatda aparılmaqla 50 müəssisədə qiymətləndirmə həyata keçirilib.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən xəbər verilib.

Qeyd olunub ki, hazırda qiymətləndirmə aparılmış xarici qida obyektlərindən qiymətləndirmə hesabatları yekunlaşan 23 xarici obyektdən 9-u təsdiq edilib, 12-si şərti təsdiq edilib, 1-nə təsdiqdən imtina verilib və 1-i ilə bağlı isə təkrar qiymətləndirmənin aparılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, cari ilin iyun-avqust ayları ərzində adıçəkilən ölkələr, eyni zamanda Almaniya, Polşa və Türkiyə də daxil olmaqla, 18-i yerində, 94-ü onlayn formatda (həmin ölkələrin aidiyyəti qurumları ilə razılaşdırılmış siyahı əsasında) 112 müəssisədə qiymətləndirmə aparılması nəzərdə tutulur.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir