D vitamini çatışmazlığı Yaponiyada ciddi problemə çevrilir

Dünya


Dzikey Universitetinin Tibb Məktəbinin son araşdırmasına əsasən, testdən keçən Tokio sakinlərinin 98%-də D vitamini çatışmazlığı aşkar edilib.

D vitamini bədənə kalsium və digər mineralları düzgün şəkildə mənimsəməyə kömək edir və sümükləri möhkəmləndirir. O, bədənə üç yolla daxil olur: günəş işığına məruz qalma, yağlı balıq kimi heyvan mənşəli məhsulların və göbələk kimi bitki mənşəli qidaların qəbulu ilə.

Yapon mətbəxində əhəmiyyətli miqdarda D vitamini olan qidaların çeşidi kifayət qədər geniş yayılıb. Bunlar qızılbalıq, skumbriya və tuna balığı, həmçinin şiitake kimi göbələklərdir.

Bununla belə, 5500 yetkin kişi və qadının qan testləri D vitamini səviyyəsinin tövsiyə olunandan aşağı olduğunu sübut edib.

Çatışmazlığa gənclərdə daha çox rast gəlinir ki, bu da pəhrizin dəbə düşməsilə bağlıdır.

Mənbə: rossaprimavera.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir