Vladiqafqazdan Mozdoka gedən magistral yolda sel axını içərisində sərnişinlər olan mikroavtobusu dərəyə aşırıb.
Mikroavtobus Batako və Zilgi kəndləri arasında qəzaya uğrayıb. Nəticədə bir sərnişin dünyasını dəyişib. Qalan 15 sərnişin, o cümlədən iki uşaq və sürücü nəaliyyat vasitəsindən çıxa bilib. Lakin güclü yağış nəticəsində yaranan su axını onların yola çatmasına mane olub.
Rayon Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, xilasedicilər mikroavtobusdakı insanları xilas ediblər. Həlak olan sərnişinin cəsədini çıxarmaq üçün isə ağır xüsusi texnika cəlb olunub.
Mənbə: runews24.ru
www.102info.az