Adrenalin həvəsi rusiyalı biznesmenin sonu oldu – VİDEO

Maraqlı


Rusiyalı biznesmen Sergey Sıqanovun paraşüt həvəsi faciə ilə bitib.

Belə ki, 51 yaşlı iş adamı Mi-8 helikopterindən tullanıb, bundan sonra 60 m hündürlükdə uğursuz manevr edib. Nəticədə paraşüt böyük sürətlə aşağı enib və Sıqanov yerə çırpılıb.

Faciə Moskva vilayətində Kolomna şəhərində baş verib.

Meydanda olanlar dərhal tibb işçilərini çağırıblar. Həkimlər zərərçəkənə ağır xəsarət diaqnozu qoyublar. O, xəstəxanada dünyasını dəyişib.

Qeyd edilir ki, Sıqanov Ryazan şəhərində “Invitro” tibb klinikaları şəbəkəsinin rəhbəri idi. Buna qədər isə “Europe + Ryazan” və “Ruskoye Radio – Ryazan” radiostansiyalarının sahibi olub.

Mənbə: İzvestiya

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir