“Olimpiya idman komplekslərinin və gənclər evlərinin özəlləşdirilməsinə özəl sektorun marağının olacağını real hesab etmirəm”.
“Report” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında sözügedən obyektlərin özəlləşdirilməsi ilə bağlı edilən təklifə münasibət bildirərkən deyib.
Bununla belə, nazir həmin qurumların təyinatının dəyişdirilməməsi şərti ilə özəlləşdirilməsinə aidiyyəti dövlət orqanlarının baxacağını istisna etməyib.
www.RIA24.az