“Müdafiə sənayesi sahəsində atılacaq addımlar böyük əhəmiyyət kəsb edir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.
Müdafiə sənayesi sahəsində atılacaq addımlarla yanaşı, bu sahədə təhsil məsələsinin də önəmini vurğulayan Türkiyə Prezidenti deyib:
“Bu sahədə üzərimizə düşən vəzifələr var. Bu vəzifələri bu günə qədər yerinə yetirdiyimiz kimi, bundan sonra da eyni qaydada həyata keçirməyə davam edəcəyik”.
www.RIA24.az