“Cənubi Afrikada keçirilməsi nəzərdə tutulan Afrikanın iqtisadi inkişaf və ticarət imkanları qanunvericiliyinə həsr olunmuş böyük ticarət forumu başqa regiona köçürülsün”.
Belə bir təkliflə ABŞ Konqresinin hər iki partiyasının nümayəndələri Ağ Evə müraciət ediblər.
ABŞ rəsmiləri ABŞ dövlət katibi Antoni Blinkenə, milli təhlükəsizlik üzrə müşavir Ceyk Sallivana və ticarət nümayəndəsi Ketrin Taya məktub ünvanlayıblar.
Məktubda forumun Cənubi Afrikada keçirilməsinin Rusiyanın Ukraynadakı hərəkətlərinə gizli şəkildə dəstək ifadə edəcəyindən narahatlıq əks olunub.
Xatırladaq ki, avqust ayında Cənubi Afrikada BRİKS sammitinin keçirilməsi nəzərdə tutulur və əgər Rusiya prezidenti bu sammitdə iştirak üçün ölkəyə gələrsə, Beynəlxalq Cinayət Məhkəməsinin verdiyi order əsasında həbs olunmalıdır.
Mənbə: “The New York Times”
www.102info.az