Yunanıstan hökuməti çərşənbə günü İon dənizində balıqçı qayığının batması nəticəsində azı 78 miqrantın ölümündən sonra üç günlük matəm elan edib.
Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.
Ölkədə 14 iyun çərşənbə günü saat 21:00-dan 17 iyun şənbə günü axşam saat 21:00-a qədər üç günlük milli matəm olacaq.
21:55
Yunanıstanın Peloponnes bölgəsinin Pilos şəhəri yaxınlığında, İon dənizində qayığın batması nəticəsində azı 78 miqrant boğulub.
Məlumata görə, daha 104 nəfər Pilosdan 47 dəniz mili cənub-qərbdə beynəlxalq sularda xilas edilib.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatlarına görə, dörd gün əvvəl Liviyanı tərk edən qayıqda ən azı 400 nəfər olub.
Xilas edilənlər Kalamata şəhərinə aparılıblar.
Yunanıstan Prezidenti Katerina Sakellaropoulou çərşənbə günü sahilə çıxarılan insanlarla görüşmək üçün əraziyə yollanıb.
15:44
Yunanıstanın cənub sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində azı 32 nəfər ölüb.
Ərazidə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatına başlanılıb. Səlahiyyətlilər Yunanıstanın cənubundakı Peloponnes bölgəsindən təxminən 75 kilometr cənub-qərbdə 104 nəfərin xilas edildiyini bildiriblər.
İtaliyaya gedən gəminin Liviyanın şərqindəki Tobruk bölgəsindən çıxdığı güman edilir.
Mənbə: Euronews
www.102info.az