Ərdoğan azərbaycanlı müğənniyə: “Sənin oxuduğun mahnı bizim dostumuzundur” – VİDEO

Mədəniyyət


“Türk dünyasının iki böyük sərkərdəsinin qarşısında çıxış etmək qürurverici və məsuliyyətli idi”.

Bu sözləri Oxu.Az-a açıqlamasında “Gülüstan” sarayında konsert proqramında çıxışı dövlət başçıları tərəfindən xüsusi rəğbətlə qarşılanan məşhur ifaçı Çinarə Məlikzadə deyib.

Xatırladaq ki, iyunun 12-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Azərbaycan Prezidentinin dəvəti ilə ölkəmizdə dövlət səfərində olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və birinci xanım Əminə Ərdoğanın şərəfinə dövlət ziyafəti verilib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanla ikinci görüşü olub:

“İlk görüşüm Zəngilan rayonunda olmuşdu. O zaman sənət adamlarından tək mən dəvətli idim. 4 mahnı ifa etdim. Prezident Rəcəb Tayyib Ərdoğanın sevdiyi, bəstəsi Özhan Eren-ə məxsus olan  “Dönməm geri senin yolundan” mahnısını ifa etdim. Qürurverici, məsuliyyətli idi. Həyəcan da var idi. Türk dünyasının iki böyük sərkərdəsinin qarşısında çıxış etmək məsuliyyətli və qürurverici idi.

Prezident Rəcəb Tayyib Ərdoğan əlimdən tutdu, gözlərimin içinə baxdı. Bir neçə saniyə sonra dedi ki, “sənin oxuduğun mahnı bizim dostumuzundur”. Yoldaşı Əminə xanım dedi ki, “əla idi”. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva gözəl münasibətlərini bildirdilər. Bizə dəyər verdiklərini söylədilər. Çox gözəl qarşıladılar. Hər iki sərkərdədə doğmalıq, məni tanıdıqlarını hiss etdim. Hər kəs məni Zəngilandan xatırlayırdı. Çox gözəl hisslər idi”.

Nəzrin Vahid

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir