Gəncədə ev yandı: Təzyiqi qalxan ev sahibinə tibbi yardım göstərildi

Cəmiyyət


Gəncədə yanğın baş verib. 

APA-nın məlumatına görə, hadisə Poçt qəsəbəsində qeydə alınıb.

Qəsəbədə yerləşən evlərin birində anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı ev sahibi 1969-cu il təvəllüdlü Famil Məhərrəm oğlu Cabbarovun təzyiqi qalxıb və təcili tibbi yardım xidməti əməkdaşları tərəfindən ona ilkin tibbi yardım göstərilib.

Baş verən yanğın söndürülüb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir