Livan parlamenti 12-ci dəfə dövlət başçısını seçə bilmədi

Dünya


Livanın birpalatalı parlamentinin deputatları çərşənbə günü 12-ci dəfə respublika prezidentini seçə bilməyiblər.

Bildirilir ki, 2005-2008-ci illərdə maliyyə naziri olmuş Cihad Azur və xristian “Əl-Marada” partiyasının lideri, keçmiş daxili işlər naziri Süleyman Toni Franje birinci turda lazımi sayda səs toplaya bilməyiblər.

Məlumata görə, 128 deputatdan 59-u Azura, 51-i Franjeyə səs verib. Birinci turda qalib gəlmək üçün namizəd səslərin üçdəikisini (86), ikinci turda isə sadə səs çoxluğunu (65) toplamalıdır.

Livanda ən yüksək hökumət postu 31 oktyabr 2022-ci ildən – general Mişel Aun altıillik səlahiyyət müddətinin sonunda prezident sarayını tərk etməsindən bəri boşdur.

Mənbə: Əl Hadath

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir