Beynəlxalq səyyahlar Ağdamda minatəmizləmə işləri ilə tanış olublar – YENİLƏNİB + FOTO/VİDEO

Müharibə


Beynəlxalq səyyahlar işğaldan azad edilmiş Ağdam rayonunda minatəmizləmə prosesi ilə tanış olublar.

“Report” xəbər verir ki, qonaqlar Azərbaycan ərazilərinin işğal dövründə Ermənistan tərəfindən minalanması barədə məlumatlandırılıb.

Eyni zamanda hazırda onlara ərazilərin minalardan təmizlənməsi barədə məlumat verilib.

Bundan başqa, səyyahlar aşkar olunmuş minaların və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi prosesini izləyiblər.

Xatırladaq ki, beynəlxalq səyyahlar Qarabağa və Şərqi Zəngəzura dördgünlük səfəri bu gün başlayıb. Onlar 4 gün ərzində Ağdam-Tərtər-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl-Füzuli-Xocavənd-Şuşa avtomobil yolunun marşrutu üzrə hərəkət edəcəklər.

Səfər dünyaca məşhur MTP (“Most Traveled People”) təşkilatı tərəfindən təşkil olunub.

09:28

Beynəlxalq səyyahların Qarabağa və Şərqi Zəngəzura dördgünlük səfəri başlayıb.

“Report” xəbər verir ki, onlar 4 gün ərzində Ağdam-Tərtər-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl-Füzuli-Xocavənd-Şuşa avtomobil yolunun marşrutu üzrə hərəkət edəcək.

Qeyd edək ki, ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya, İtaliya, İspaniya, Ukrayna, Rusiya, Türkiyə, Rumıniya, Filippin, Avstraliya və Sent-Lüsiyadan olan səyyahlar dünyaca məşhur MTP (“Most Traveled People”) təşkilatının üzvləridir.

Xatırladaq ki, son 2 il ərzində dünyanın əsas beynəlxalq səyahət şəbəkələrinin komandaları 2021-ci ildə 1, 2022-ci ildə 4 və 2023-cü ildə 2 dəfə olmaqla, Qarabağa və Şərqi Zəngəzura 7 dəfə səfər ediblər.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir