Arda Güləri almaq istəyən klub 17,5 milyon avrodan keçməli olacaq

Dünya


“Fənərbağça”nın 18 yaşlı yarımmüdafiəçisi Arda Gülərin sərbəstqalma məbləği vergilər və UEFA-nın həmrəylik ödənişləri (UEFA-da akkreditasiyadan keçmiş, ancaq Çempionlar və Avropa liqalarının qrup mərhələlərində iştirak etməyən klublara verilən məbləğlər – red.) çıxılmaqla 17,5 milyon avro olacaq.

Bu barədə italyan insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında məlumat verib.

Qeyd olunur ki, futbolçunun hazırkı klubu ilə müqaviləsində bu maddə təsbit olunub. Bir şərtlə ki, istedadlı futbolçu komandanın heyətində 1 500 dəqiqə meydanda top qovsun.

Məlumat üçün əlavə edək ki, bir çox Avropa klubları, xüsusən də “Nyukasl Yunayted”, “Barselona” və “Ayaks” perspektivli yarımmüdafiəçini öz heyətinə qatmağa çalışır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir