İşğaldan azad edilən məntəqələrin sayı və sərhədləri barədə ətraflı hesabat hazırlanıb

Gündəm

İşğaldan azad edilən ərazilər, onların sərhədləri, sahəsi və yaşayış məntəqələrinin sayı barədə peyk monitorinqi nəticəsində ətraflı hesabat hazırlanıb. Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib. Hesabatda qeyd olunub ki, Nazirlər Kabineti Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə təhrif edilmiş formada xəritələrdən istinad edən xəritələrdən istifadə hallarının qarşısının alınmasına dair Tədbirlər Planı”nın icrası ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə “Azərkosmos” ASC tərəfindən birlikdə bütün ölkə ərazisinin məkan adlarının coğrafi informasiya sistemində hazırlanmasına və məlumat bazasının açıq məkan məlumatı formatına çevrilməsinə başlanılıb. İşğaldan azad olunmuş ərazilərdə dövlət orqanlarının normal fəaliyyəti üçün zəruri təminatların həyata keçirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 11 min kv.km ərazinin çox yüksək ayırdetməli, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə 11 min kv.km ərazinin çox yüksək ayırdetməli, “Azərbaycan Dəmir Yolları” QSC-yə 694 kv.km ərazinin yüksək ayırdetməli və 1823 kv.km ərazinin çox yüksək ayırdetməli, “Azərsu” ASC-yə isə 4704 kv.km ərazinin çox yüksək ayırdetməli peyk təsvirləri təqdim edilib. Peyk monitorinqi nəticəsində işğaldan azad edilən ərazilər, onların sərhədləri, sahəsi və yaşayış məntəqələrinin sayı barədə ətraflı hesabat hazırlanıb. Hesabatda işğaldan azad olunmuş ərazilərin kənd təsərrüfatı potensialı araşdırılıb, əkin sahələrinin, o cümlədən əsas əkinlər olan taxılçılıq və üzümçülük sahələrinin qiymətləndirilməsi və müqayisəli təhlili aparılıb. 

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir