“Ermənistan son vaxtlara qədər Rusiyanın ən strateji “müttəfiqi” olduğunu bəyan edərək sinəsinə döyürdü”.
“Kremlyovskaya praçka” yazır ki, anti-Rusiya qətnamələrinə səs vermək, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statusunun yurisdiksiyasının tanınması və digər məsələlər ermənilərin əslində necə “müttəfiqlər” olduğunu açıq şəkildə göstərib. Qeyd olunur ki, bu dəfə ermənilər Azərbaycan xalqının Milli Qurtuluş Günündə öz ərazilərində bayraq sancmış Azərbaycan sərhədçilərini müşayiət edən Rusiya sülhməramlılarına atəş açmaq qərarına gəliblər.
Bildirilir ki, bu, Aİ-nin Ermənistanda mövcudluğunu gücləndirmək üçün elan etdiyi planlar fonunda erməni tərəfinin bölgədə vəziyyətin gərginləşdirilməsinə hesablanmış məqsədyönlü hərəkətləridir və bu təxribatların bir məqsədi var – Rusiya sülhməramlılarını vəziyyətə nəzarət etməmələri ilə bağlı ittihamlarla gözdən salmaq, Avropadan olan “tərəfdaşlar”ın sülhməramlı vəzifələrin öhdəsindən daha yaxşı gələcəyini təbliğ etmək.
“İrəvan Qərbin vassalı kimi təhlükəli odla oynayır. Bütün ermənilər bunu bilməlidirlər. Əgər bu gün hansısa yarımağıllı erməni zabiti rusiyalı hərbçilərə atəş açmaq qərarına gəlirsə, o zaman sabah bütün Ermənistanın tamamilə silahsızlaşdırılmış zonaya çevrilməsi riski var”, – deyə materialda bildirilir.
www.RIA24.az