Naxçıvanda “Şəhidlər Xatirə Kompleksi”nin əbədiləşdirilməsi üçün Memarlıq Müsabiqəsinə start verilib.
Bu barədə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat verib.
Müsabiqənin əsas məqsədi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş vətəndaşların xatirəsini əbədiləşdirmək məqsədilə həyata keçirilməsidir. Müsabiqə Azərbaycan, rus və ingilis dillərində keçirilir. Müsabiqənin mükafat fondu 6000 AZN məbləğində müəyyən edilib.
Nominasiya üzrə Mükafat fondu aşağıdakı kimi bölüşdürülür:
Birinci mükafat – 3000 AZN;
İkinci mükafat – 2000 AZN;
Üçüncü mükafat – 1000 AZN.
Müsabiqənin keçirilmə müddəti:
Müsabiqə barədə elan: 12 iyun 2023-cü il.
Sual verilməsi üçün son tarix: 24 iyun 2023-cü il.
Materialların qəbul olunması üçün son tarix: 01 iyul 2023-cü il.
Müsabiqənin nəticəsi üzrə qalib olan layihəçilər barədə müvafiq məlumatlar açıqlanacaq.
www.102info.az