“Bütün müharibələr gec-tez bitir”.
Bu sözləri müəllif “Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan yeni süjetin əvvəlində qeyd edir.
O xatırladır ki, hətta İngiltərə ilə Fransa arasında 1337-ci ildən 1453-cü ilə qədər davam edən 100 illik müharibə də bir zaman sona çatıb:
“Keçmişdə uzun illər bir-birinin əbədi rəqibləri olmuş İngiltərə ilə Fransanın, Almaniya ilə Fransanın, İspaniya ilə Niderlandın (80 il vuruşublar) savaşları geridə qaldı. Bu gün onlar bir-birinə ərazi iddialarının olmadığı bir məkanda – Avropa İttifaqının daxilində dinc yanaşı yaşayırlar”.
Müəllif vurğulayır ki, nə vaxtsa Azərbaycanla Ermənistan arasında da sülh olacaq.
“Mən dəqiq, hətta təxmini tarixi deməyə cəsarət etmirəm. Amma sülh müqaviləsi nə zamansa imzalanacaq. Fikrimcə, sülh müqaviləsinin imzalanmasından sonra nələrin baş verəcəyi daha önəmli hesab olunacaq. Ermənistan hansı yolla gedəcək – müharibədən sonrakı Almaniyanın, yoxsa Yaponiyanın yolu ilə?”
Videoda Nikol Paşinyanla Villi Brandt arasında paralellər aparılır. Xatırladaq ki, Almaniyanın dördüncü federal kansleri olmuş (1969-1974) Brandtın 1970-ci ildə Polşaya etdiyi səfər çox əlamətdardır. O, İkinci Dünya müharibəsindən sonra Polşaya səfər edən ilk almaniyalı hökumət adamı olub. Villi Brandt Varşava gettosunda üsyan zamanı həyatını itirmiş 71 min yəhudinin xatirəsinə ucaldılmış abidənin qarşısında diz çökərək Almaniyanın baş vermiş hadisəyə rəsmi münasibətini nümayiş etdirib.
Daha ətraflı “Caliber”in yeni süjetində:
www.RIA24.az