Cahit Bağçı: “Qafqazın tacı Şuşa” – FOTO

Siyasət


Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Şuşaya səfər edib.

Bu barədə o, özünün “Twitter” hesabında xəbər verib.

Şuşanı “Qafqazın tacı” adlandıran diplomat paylaşımına fotolar da əlavə edib.

“Mədəniyyətlə tarixin kəsişdiyi məkan, Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın incisi Şuşa”, – deyə C.Bağçı bildirib.

www.RIA24.az