Xəzərdə batma təhlükəsi ilə üzləşən dörd nəfər xilas olundu

Cəmiyyət


Xəzər dənizdə batma təhlükəsi ilə üzləşən şəxslər xilas ediliblər. 

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Qızılqum”, “Mingəçevir” sularda xilasetmə məntəqələrinin ərazisində və “Qızılqum” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir