Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.
Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi xəbər yayıb.
Bildirilir ki, o, Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovun dəvəti ilə Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun 5-6 iyul 2023-cü il tarixlərində Bakıda keçiriləcək nazirlərinin görüşündə iştirak edəcək.
“Ölkəmiz Qoşulmama Hərəkatında baş verənləri yaxından izləyir və 2006-cı ildən qonaq ölkə kimi dəvət olunduğu Qoşulmama Hərəkatının yüksək səviyyəli toplantılarında iştirak edir”, – deyə qurumdan vurğulanıb.
Məlumatda o da qeyd olunur ki, türkiyəli nazir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçiriləcək tədbirdə də iştirak edəcək.
www.RIA24.az