Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına iki yeni yoluxma faktı qeydə alınıb, bir nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən bir nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 831 954 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 661 nəfər müalicə olunaraq sağalıb, 10 284 nəfər vəfat edib, aktiv xəstə sayı doqquz nəfərdir.
Ölkədə son sutka ərzində 1 610, hazırkı dövrədək isə 7 647 889 test aparılıb.
www.102info.az