“Gənclərə sosial biliklərin inteqrasiyası” proqramı baş tutub – FOTO

Cəmiyyət


Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeyanı Reallaşdır – 2022” fərdi qrant müsabiqəsinin qalibi olan “Gənclərə sosial biliklərin inteqrasiyası” proqramı baş tutub.

25.03.2023 – 01.05.2023 tarixlərində Bakı şəhərində Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gənclərə sosial biliklərin inteqrasiyası” proqramının əsas məqsədi gənclərə sosial sahələr üzrə təcrübənin aşılanması, komanda ilə işləmək bacarıqlarının təkmilləşdirilməsi, onların natiqlik bacarığının inkişafı, sosial və psixoloji biliklərinin artırılmasıdır.

Layihə çərçivəsində qeydiyyat və seçim mərhələlərindən uğurla keçən 30 gənc layihədə iştirak hüququ əldə edib. Layihə müddətində iştirakçılar fərdi inkişaf, komanda quruculuğu, natiqlik, sosial iş ilə psixologiyanın sahələri və prioritet istiqamətləri haqqında təlimlərdə, sosioloji və psixoloji analizlərin təkmilləşdirilməsi yönündə filmlərin izlənilməsində, qrup terapiyalarında və xüsusi qayğıya ehtiyacı olan uşaqlar ilə birgə master-klasda iştirak ediblər. Layihənin sonunda iştirak edən hər bir gəncə sertifikat təqdim olunub.

Layihənin davamlılığının qorunması məqsədilə eyni formatda layihənin ölkənin müxtəlif regionlarında həyat keçirilməsi və region gənclərinin sosial sahədə bilik və bacarıqlarının artırılması istiqamətində işlər aparılacaq.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir