Yeni Azərbaycan Partiyasında (YAP) ləğv edilən Qadınlar Şurasının yerinə yeni şöbə yaradılıb.
Oxu.Az-ın xəbərinə əsasən, yeni yaradılan Gender siyasəti şöbəsi qadın siyasəti, qadınlarla iş fəaliyyətini həyata keçirəcək.
Qeyd edək ki, YAP-ın martın 5-də VII qurultayı keçirilib. Qurultayda YAP-ın 40 nəfərdən ibarət yeni İdarə Heyəti formalaşıb, Siyasi Şura ləğv edilib, onun əvəzində Veteranlar Şurası yaradılıb.
Aqşin Kərimov