92 min manatı mənimsəyən menecer tutuldu

Kriminal


Xaçmazda Ticarət Mərkəzində baş vermiş mənimsəmə faktı üzrə cinayət işi başlanıb.

Xaçmaz Rayon Prokurorluğundan verilən məlumata görə, Xaçmaz rayon sakini Azər Səfərova məxsus “Qayalı” ticarət mərkəzində pul vəsaitinin mənimsənilməsinə dair daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı Xaçmaz rayon sakini Şərafəddin Hacıyevin həmin ticarət obyektində menecer vəzifəsində işləyərkən ona etibar edilmiş 92 min manatdan artıq pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Şərafəddin Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq tədbirləri davam etdirilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir