“Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədrliyi dövründə inkişaf etməkdə olan ölkələr üçün bir çox mühüm təşəbbüslər irəli sürülüb”.
Bunu “Report”a Pakistanın Azərbaycandakı səfiri Bilal Haye deyib.
O qeyd edib ki, Azərbaycan QH çərçivəsində qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən uğurla gəlib.
“Qoşulmama Hərəkatı prosesi Azərbaycanın sədrliyi ilə yeni həyat qazandı. Rəsmi Bakı təşkilatın fəaliyyətini canlandıran bir sıra təşəbbüslərlə çıxış edib. Azərbaycan Prezidenti İlham Əliyevin Əlaqələndirmə Bürosunun Nazirlər Toplantısında çıxışı zamanı inkişaf etməkdə olan ölkələrin üzləşdiyi bir çox qlobal problemləri qeyd etdiyini və bu problemlərin həlli üçün daha şəffaf və ədalətli prosesin olmasının zəruriliyini vurğuladığının şahidi olduq”, – səfir bildirib.
www.RIA24.az