“Ermənistan Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurlarına həsəd aparır”
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmət idarəsinin rəisi Ayxan Hacızadə Ermənistan XİN-in sözçüsü Ani Badalyanın bəyanatına münasibət bildirərkən deyib.
“Ermənistandan fərqli olaraq, Azərbaycan heç vaxt beynəlxalq platformalardan sui-istifadə etməyib və həmişə beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn norma və prinsiplərinə riayət olunmasının tərəfdarı olub”, – A.Hacızadə qeyd edib.
Seems that #Armenia is getting jealous of @NAMChairAZ successes.
Unlike Armenia, Azerbaijan never misused international platforms and has always advocated for fulfilment of international law norms & principles, incl. those of #IHL.
— Aykhan Hajizada (@Aykhanh) July 5, 2023
www.RIA24.az