“Etiraf edirəm ki, hazırda Azərbaycan məktəbinin çatışmayan hissəsi metodik xidmətin olmamasıdır”.
Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş müəllimlərlə görüşü zamanı bildirib.
Onun sözlərinə görə, imtahanlarda 51 balı keçən müəllimlər gələcək metodistlər olacaqlar:
“49 bal toplayanla 30 bal toplayan arasında elə də böyük fərq qoyulmamağının səbəbi “imtahandan keçən” və “yüksək nəticə toplayan” anlayışlarının olmasıdır. Yəni imtahanda şəxs 30 bal toplayıbsa, keçmiş sayılır, 51 balı keçən isə yüksək nəticə toplayandır. Son nəticədə hər ikisi keçid balını toplayıb”.
İlhamə Əbülfət
www.102info.az