AHİK-in İcraiyyə Komitəsinin iclası keçirilib – FOTOLAR

Gündəm

Mart ayının 11-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin onlayn iclası keçirilib. Yığıncaqda «AHİK-in İK-nin və aparatının 2021-ci ilin birinci yarımilliyi üçün iş planı haqqında», «Həmkarlar ittifaqı təşkilatlarının 2020-ci il üzrə statistik hesabatı haqqında», «2020-ci il ərzində AHİK aparatının daxil olmuş ərizə və şikayətlərin təhlili barədə», «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair memorandum haqqında» və digər cari məsələlər müzakirə olunub.

AHİK-in İcraiyyə Komitəsinin və aparatının 2021-ci ilin birinci yarımilliyi üçün iş planında İcraiyyə Komitəsinin yığıncaqlarında müzakirə olunan məsələlər və işləyən işçilərin sosial-iqtisadi hüquqlarının müdafiə olunmaları və problemlərinin həlli ilə bağlı görüləcək işlər və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır. Tədbirlər planında 2020-ci il üzrə əməkdə, təhsildə və ictimai fəaliyyətdə nailiyyətlər əldə etmiş gəncələrin «İlin peşəkar gənci» fəxri adı ilə təltif edilməsi, həmkarlar ittifaqı kadr və fəallarının ixtisasartırma kurslarına cəlb edilməsi, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə «İlin ən yaxşı müəssisəsi (təşkilatı)» devizi ilə keçirilmiş respublika- baxış müsabiqəsinin yekunları, Ümummilli lider Heydər Əliyevin doğum və anım günlərinin qeyd edilməsi ilə bağlı həmkarlar ittifaqı fəallarının yığıncaqlarının keçirilməsi, «Koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizədə və Vətən müharibəsi dövründə AHİK-in fəaliyyəti»nə dair, «Azərbaycanda COVİD-19 pandemiyası müddətində zərərçəkmiş sahələr üzrə durum təhlili və həmkarlar ittifaqlarının mövqeyi» adlı kitabların çapı və nəşri və digər cari məsələlər nəzərdə tutulmuşdur.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının aparatına daxil olan ərizə və şikayətlərin həllinə həmişə diqqətlə yanaşılır. Ərizə və şikayətlər aparat işçiləri və ya üzv təşkilatlarının nümayəndələri tərəfindən yerlərdə müəlliflərin iştirakı ilə araşdırılır və müvafiq qaydada həll edilir. 2020-ci ildə konfederasiyanın üzv təşkilatlarına 125 594 ərizə və şikayət daxil olmuşdur ki, onların da 98,4 % özünün müsbət həllini tapmışdır. Müraciətlər əsasən işçilərin əmək hüquqlarının müdafiəsi – işdən azad olunma və ixtisarlar, həmkarlar ittifaqı orqanlarının işi ilə yanaşı böyük əksəriyyəti maddi yardımlarla əlaqədar olmuşdur. Müraciətlərdə qaldırılan məsələlərin bəzilərinin hər hansı obyektiv səbəbdən həlli mümkün olmadıqda isə ərizə müəlliflərinə müvafiq izahatlar verilmişdir. İl ərzində müsbət həllini tapan ərizə, şikayət və müraciətlərin müəllifləri tərəfindən AHİK-ə 509 minnətdarlıq məktubu göndərilmişdir. Məktublarda həmkarlar ittifaqı üzvlərinə, tələbələr və şagirdlərə həmkarlar ittifaqının adlı təqaüdlərini verilməsi, azətəminatlı ailələrə göstərilən qayğı və maddi yardımlar yüksək qiymətləndirilir.

Həmkarlar ittifaqları ilə işəgötürənlər arasında 11 722 kollektiv müqavilə imzalanmışdır ki, bu da həmkarlar ittifaqı üzvlərinin əksəriyyətini əhatə edir.
İcraiyyə Komitəsi işəgötürənlər tərəfindən işdən qanunsuz azad edilən və ixtisar olunan işçilərin müraciətlərinə daha həssaslıqla yanaşılmasını və kollektiv müqavilələrin bütün həmkarlar ittifaqı təşkilatları tərəfindən bağlanmasının vacibliyini həmkarlar itiifaqları liderlərinin diqqətdə saxlamalarını tövsiyyə etdi. Bununla yanaşı həmkarlar ittifaqlarının fəaliyyətinin gücləndirilməsi üçün həyata keçirdikləri tədbirlərin və gördükləri işlərin ictimaiyyətə çatdırılmasının əhəmiyyətini qeyd etməklə məsələlərin kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə işıqlandırılmasının məqsədəuyğun olmasını da qeyd etdi. Eyni zamanda statistik hesabatların həmkarlar ittifaqının həyatında mühüm əhəmiyyət daşıdığını nəzərə alaraq bu məsələyə daha ciddi yanaşılmasının önə çəkilməsi də üzv təşkilatların diqqətinə çatdırıldı.

AHİK tərəfindən həmkarlar ittifaqına üzv olmayan işçilərin həmkarlar ittifaqı üzvlüyünə cəlb edilməsi, həmkarlar ittifaqları sıralarının artırılması, işçilərin sosial-iqtisadi hüquqlarının qorunması, qanunvericilik aktlarının qəbulu zamanı onlara müvafiq təkliflərin verilməsi və ictimai nəzarətin həyata keçirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu işlərin səmərəliyini artırmaq məqsədilə işçilərin ərizə və şikayətlərinə diqqətlə yanaşılması, onların problemlərinin həllində hər bir həmkarlar ittifaqı işçisinin yaxından iştirakının təmin olunmasının zəruriliyi qeyd edilib.
Ölkəmizin sosial-iqtisadi inkişafında əhalinin daha fəal iştirakını təmin etmək, əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, habelə işsiz və iş axtaran şəxslərin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaq, ailə əməyinə əsaslanan təsərüffataların fəaliyyətini dəstəkləmək məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında Memorandum imzalanmışdır. Bunula əlaqədar olaraq həssas əhali qruplarını məşğulluğunun təşkilinə köməklik göstərilməsi məqsədilə Memorandumda proqram üzrə ümumi əlaqələndirməni həyata keçirmək üçün hər iki qurumun nümayəndələrindən ibarət 6 nəfərlik əlaqələndirmə qrupunun tərkibi təsdiq edildi. Həssas əhali qruplarının özünəməşğulluğunun təşkilinə köməklik göstərilməsi məqsədilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən könüllülük prinsipi əsasında əvəzsiz olaraq 200 000 (iki yüz) manat məbləğində maliyyə ayrılması nəzərdə tutulmuşdur.
İcraiyyə Komitəsinin yığıncağında Novruz bayramı ərəfəsində regionlarda yaşayan aztəminatlı ailələrə bayram sovqatlarının paylanması, «Dirçəliş» fonduna əlavə maliyyə vəsaitin köçürülməsi və Naxçıvan Muxtar Respublikasının Həmkarlar İttifaqlarıı Şurasına maddi yardım edilməsi barədə məsələlər də müzakirə olunaraq müvafiq qərarlar qəbul edildi.

İclasda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev və İcraiyyə Komitəsinin üzvləri müzakirə edilən məsələlər barəsində öz fikirlərini bildirdilər. İcraiyyə Komitəsi yığıncağında hazırki pandemiya dövründə işçilərin sosial-iqtisadi hüquqlarının qorunması, onların sosial problemlərinin həlli, imkansız və ehtiyacı olan ittifaq üzvlərinin maddi dəstək göstərilməsinin vacibliyini bütün vəsilələrdən olan həmkarlar ittifaqı təşkilatlarını bir daha xatırladaraq bu məsələlərin ölkədə fəaliyyət göstərən bütün həmkarlar ittifaqlarının əsas vəzifələrindən biri olduğu vurğulandı.

aia.az


Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir