Zelenskinin Türkiyəyə səfəri gözlənilir

Dünya


Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfəri gözlənilir.

Bu barədə “Bloomberg” öz mənbələrinə istinadla xəbər verib.

Məlumata görə, səfər cümə günü – iyulun 7-nə planlaşdırılır.

Bildirilir ki, o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək niyyətindədir. Ekspertlərin fikrincə, görüş zamanı müzakirə olunacaq məsələlərdən biri vaxtı bitməkdə olan “Taxıl sazişi”dir.

Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla, üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Daha öncə iki dəfə 60 gün müddətində uzadılan müqavilənin müddəti iyulun 17-də başa çatacaq: Rusiya taxıl müqaviləsinin uzadılması üçün heç bir əsas olmadığını bəyan edib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir