Finlandiya Ukraynaya yenidən hərbi yardım paketi göndərəcək.
Məlumata görə, bu, Finlandiyadan Ukraynaya 17-ci hərbi yardımdır. Bura əsasən zenit silahlar və döyüş sursatları daxildir. Yardım paketində olan müdafiə avadanlıqlarının ümumi dəyəri təxminən 105 milyon avro həcmindədir.
Qeyd edək ki, indiyədək təqdim olunan bütün hərbi texnika paketlərinin ümumi dəyəri təxminən 1,2 milyard avro təşkil edir.
Mənbə: Lenta.ru
www.102info.az