“Qoşulmama Hərəkatı təhlükəsizlik və inkişaf üçün böyük platformadır”.
“Report”un xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün bağlanış mərasimində deyib.
Onun sözlərinə görə, toplantıda səsləndirilən fikirlər üzərində müzakirələr aparılacaq:
“Hazırda bəşəriyyət beynəlxalq təhlükəsizlik sistemində müəyyən problemlərlə üzləşib. Bu səbəbdən birgə çağırışların edilməsi vacibdir. Bu istiqamətdə aktivlik nümayiş etdirmək lazımdır. Qoşulmama Hərəkatı təhlükəsizlik və inkişaf üçün böyük platformadır”.
Nazir Qoşulmama Hərəkatına üzv dövlətlərin sayının 121-ə çatmasını arzu edib:
“Hərəkata üzv dövlətlərinin sayının artması beynəlxalq arenada etibarlılığı və hərəkətliliyi göstərəcək”.
Nazir qeyd edib ki, qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən nazirlər görüşü təşkilata üzv olan bütün ölkələrin birliyini və əməkdaşlıq ruhunu nümayiş etdirib.
Onun sözlərinə görə, bəşəriyyət hazırda böyük təhlükəsizlik problemləri ilə üz-üzədir və Qoşulmama Hərəkatı bu problemlərin aradan qaldırılmasında mühüm rol oynayır:
“Azərbaycan bundan sonra da bu təşkilatın maraqları, sülh və inkişaf naminə səmərəli fəaliyyətini davam etdirəcək”.
www.RIA24.az