Arda Gülərin atası məşhur serial vasitəsilə “Barselona”ya mesaj göndərdi – FOTO

Dünya


“Fənərbaxça” klubunun gənc ulduzu Arda Gülərin Madrid “Real”ına keçidi rəsmi olaraq təsdiqlənib. 

Xatırladaq ki, 18 yaşlı yarımmüdafiəçini transfer etmək uğrunda İspaniyanın digər nəhəngi “Barselona” da mübarizə aparırdı.

İstedadlı türkiyəli futbolçunun transferinə onun atası tərəfindən maraqlı reaksiya gəlib. 

Futbolçunun atası Ümit Gülər “WhatsApp” statusunda “Barselona”ya yönəlik atmacalı status paylaşıb.

O, Türkiyənin məşhur “Çocuklar duymasın” serialının qəhrəmanının dilindən “Barselona”ya üstüörtülü mesaj göndərib. 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir