Azərbaycan taekvondoçuları Türkiyədə keçirilən yarışın ilk günündə dörd qızıl medal qazanıblar

Dünya


Azərbaycanın yeniyetmə taekvondoçuları Ankarada keçirilən Türkiyə açıq çempionatının ilk günündə dörd qızıl və dörd bürünc medal qazanıblar.

Federasiyadan verilən məlumata görə, boyu 156 sm-dək olan idmançıların mübarizəsində oğlanlar arasında İlyas Hətəmli, qızlar arasında Humay Dadaşova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bütün rəqiblərini məğlub edən Şəms Əlizadə (160 sm) və Tamerlan Yaqubov (180 sm) da Ankarada Azərbaycan himnini səsləndirib.

Digər taekvondoçulardan Xəzər Həmidov (152 sm), Novruz Əliyev (160 sm), Nülufər Borji (168 sm) və Fatimə Həsənova (172 sm) isə turniri bürünc medalla bitiriblər.

Qeyd edək ki, iyulun doqquzunda başa çatacaq G-2 kateqoriyalı çempionatda gənc taekvondoçulardan ibarət Azərbaycan millisi də gücünü yoxlayacaq.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir