Goranboyda silah-sursat və qumbara aşkarlanıb

Kriminal


Goranboyda silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinə rayonun Qarqucaq və Borsunlu kəndləri ərazisində silah-sursat olması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları həmin ünvanlara gələrək müvafiq tədbirlər həyata keçiriblər. Rayonun Borsunlu kəndi ərazisindən 45 ədəd 7,62 kalibrli avtomat patronu, 1 ədəd daraq, Qarqucaq kəndi ərazisindən isə 1 ədəd “RQK-3” markalı tank əleyhinə əl qumbarası aşkar edilərək götürülüb.

Bundan başqa polis əməkdaşlarının vətəndaşlarda olan qanunsuz odlu silahların aşkarlanması və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şıxlar kənd sakinlərindən 2 ədəd müxtəlif markalı və çaplı, müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb.

Faktlarla bağlı Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir