Avstriyada təlim-məşq toplanışını davam etdirən “Sabah”ın hazırlıq çərçivəsində keçirəcəyi ilk yoxlama oyunundakı rəqibi bəlli olub.
Paytaxt təmsilçisindən verilən məlumata görə, komanda Qətərin “Əs-Sədd” klubu ilə qarşılaşacaq.
Görüş iyulun 9-u yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 19:00-da) “Kematen” stadionunda baş tutacaq.
www.102info.az