Ermənistan Silahlı Qüvvələrinin motoatıcı alaylarından birinin və həmçinin bir digər taborun komandiri Qarabağda 44 günlük müharibə zamanı əmrə tabe olmamaqda və xidməti vəzifələrdən yayınmaqda ittiham olunurlar.
Bu barədə Ermənistan Baş Prokurorluğundan məlumat verilib.
Məlumata görə, ibtidai istintaq yekunlaşıb və iş məhkəməyə verilməsi üçün prokurorluğa göndərilib.
Materiallara əsasən, alayın komandiri olan A.Q. adlı polkovnik Ermənistanda elan olunmuş hərbi vəziyyət şəraitində 2020-ci il oktyabrın 15-də hərbi xidmətin bəzi vəzifələrini yerinə yetirməkdən imtina edib. O, “Piloyan” qruplaşmasının komandiri, A.P. adlı general-mayorun qarşı tərəfə müqavimət göstərilməsi üçün şəxsi heyət, silah-sursat və hərbi texnikadan istifayə dair əmrini yerinə yetirməyib. Polkovnik buna səbəb kimi depressiv psixoloji vəziyyətini əsas gətirib.
Oxşar ittiham motoatıcı batalyonunun komandiri, polkovnik-leytenant S.M.-ə qarşı da irəli sürülüb.
İstintaq generalın tam adını açıqlamasa da, çox güman ki, söhbət müharibə zamanı korpusa komandanlıq edən, Milli Qəhrəman titulu alan, daha sonra isə fövqəladə hallar naziri təyin olunan Andranik Piloyandan gedir.
Mənbə: Erməni KİV
www.102info.az