Ağ Ev rəhbəri Çinə xəbərdarlıq edib ki, ölkə rəhbərliyi Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək verməsin və bu məsələdə ehtiyatlı davransın.
Xüsusilə, Bayden Amerika və Avropa şirkətlərinin Çindən çıxmasına eyham vurub.
Amerika lideri hesab edir ki, həm Vaşinqton, həm də Pekinə faydalı olacaq işgüzar əlaqələr qurmaq üçün hələ də şans var.
Onun sözlərinə görə, Çin rəhbəri bu barədə onunla mübahisə etməyib və Çinin “Rusiyanın ardınca getmədiyini” qeyd edib.
“O, nüvə müharibəsinin fəlakət olmasından danışır, təhlükəsizliyə böyük önəm verir. Ona görə də düşünürəm ki, biz bunun üzərində işləyə bilərik”, – Bayden əlavə edib.
Mənbə: rbc.ua
www.102info.az