İsveçdə müsəlman uşaqlarının təhsil aldığı Alsalamskolan adlı özəl məktəb od vurulub.
Erebru şəhərindəki məktəbin direktoru Hüseyn Aldaodi İsveç dövlət televiziyası SVT-yə hadisə ilə əlaqədar açıqlama verib.
Aldaodi təhlükəsizlik kameralarına əks olunan görüntülərdə iki nəfərin məktəbi yandırdığını müəyyənləşdirdiklərini və görüntüləri polisə verdiklərini söyləyib.
Direktor “Kadrlarda iki nəfər maskalı şəxs məktəbin aşağı mərtəbəsindəki şüşələrini sındırır, içəri yanan maddələr atırlar. Yeganə təsəllimiz səhər saatları olduğu üçün məktəbdə heç kəsin olmaması idi”, – deyə bildirib.