Özbəkistanda keçirilən növbədənkənar prezident seçkilərilə əlaqədar bir sıra idman qurumlarının rəsmiləri müşahidəçi qismində Daşkənddəki seçki məntəqələrində olublar.
Oxu.Az xəbər verir ki, Növbədənkənar prezident seçkilərini müşahidə edən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev Gənclər Siyasəti və İdman Nazirliyində də olub.
Görüşlərdə nazir Adxam İkramov, Özbəkistan MOK-un baş katibi Oybek Kasimov və Komitənin sədr müavini Azizjon Kamilov ilə dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar, həmçinin idman sahəsində yeni layihələr də müzakirə olunub.
Özbəkistanda növbədənkənar prezident seçkilərini izləyən xarici ekspertlər seçkilərin yüksək səviyyədə təşkil olunduğunu qeyd ediblər. Özbəkistanla əlaqələrin daha da möhkəmləndirilməsində maraqlı olduqlarını bildiriblər.
www.RIA24.az