Hindistanda güclü yağışlar azı 41 nəfərin ölümünə səbəb olub.
Dehli, Himaçal-Pradeş, Uttarakhand, Pəncab, Haryana, Racastan, Cammu və Kəşmirdə artıq dörd gündür ki, yağışlar səngimir.
Ən çətin vəziyyət Himalay dağlarının ətəklərində yaranıb. Nəticədə leysan yağışlar çoxsaylı sürüşmələrə səbəb olub, yerli çaylarda daşqınlar baş verib və bir çox yaşayış məntəqələrini su basıb.
Mənbə: TASS
www.102info.az