Ermənistan Təhlükəsizlik Şurasının katibi: “İrəvan sülh fikrində qətidir”

Siyasət


“Ermənistan sabit sülh sazişinin mümkün qədər tez imzalanmasında maraqlıdır”.

Bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli KİV-ə müsahibəsində bildirib.

Qriqoryan bütün danışıqların bir-birini tamamladığını və gündəmin demək olar ki, hər yerdə eyni olduğunu deyib. O vurğulayıb ki, ABŞ-nin regionda iştirakı sabitliyin təmin olunmasına töhfə verir və İrəvan Vaşinqtonun danışıqların irəliləməsi səylərini yüksək qiymətləndirir.

“Əlbəttə, hələ də həllini tapmamış problemlər var, amma mən açıq şəkildə deyə bilərəm ki, İrəvan sülh fikrində qətidir və sabit sülh sazişinin mümkün qədər tez imzalanmasında maraqlıdır. Çünki regionda sabitlik və əmin-amanlığın hökm sürməsi, təbii olaraq Ermənistanın suverenliyinə və müstəqilliyinə kömək edəcək, həmçinin Ermənistanda demokratiyanı qoruyacaq”, – deyə A.Qriqoryan qeyd edib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir