Yeni Zelandiyanın Uayt Aylend adasında vulkan püskürməsi zamanı həlak olan 22 turistin həyatlarının son anları barədə kadrlar yayılıb.
Video vulkanın kraterinə ən yaxın olan turistlərdən biri tərəfindən faciədən əvvəl çəkilib.
Kadrlarda əvvəlcə püskürən boz buxar və kül buludu görünür. Turistlər qorxu içində dayanarkən bələdçilərdən biri qrupun təhlükədə olduğunu anlayır və qışqırmağa başlayır: “Uşaqlar, məni izləyin! Tez gəlin!”
Amerikalı turist də ona qoşularaq qrupa “Hərəkət edin, tələsin”, – deyir.
Çaxnaşma yaranır və qrup kraterdən kənara qaçmağa başlayır. 100°C-ə qədər yüksək temperaturlu tüstü yayıldıqda isə onlar xilas ümidi ilə böyük qayaların arxasında gizlənirlər.
Görüntülər adanın sahiblərinə və tur operatorlarına qarşı məhkəmə prosesi zamanı nümayiş etdirilib.
Xatırladaq ki, 2019-cu ilin dekabrın 9-da Yeni Zelandiyanın Uayt Aylend adasında vulkan püskürməsi baş verib. Həmin vaxt adada müxtəlif ölkələrdən olan 47 turist olub. İlk ölən Kristal Brovitt avstraliyalı qadın olur. Sonradan onun atası Pol da aldığı xəsarətlərdən ölüb, bacısı Stefani Brovitt isə ağır yanıqlara görə uzun müddət müalicə olunmalıdır.
Mənbə: Daily Mail
www.RIA24.az