Polşa Prezidenti Anjey Duda bəyan edib ki, NATO üzvləri ehtiyac yaranarsa, ölkəyə 100 min hərbçi göndərmək planını qəbul ediblər.
“Məsələn, Brest Qapılarına hücum olarsa, əlavə yüz min NATO əsgəri dərhal müdafiə üçün ərazimizə göndəriləcək”, – Polşa lideri bildirib.
Qeyd edək ki, hazırda Polşada 10 minə yaxın NATO hərbçisi var. Onların əksəriyyəti Amerika hərbçiləridir.
Mənbə: life.ru
www.102info.az