Ötən gün baş tutan raket buraxılışından sonra Şimali Koreya 10 ildən sonra ilk dəfə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında (TŞ) çıxış edəcək.
Bu barədə məlumatı hazırda ABŞ-də səfərdə olan Cənubi Koreyanın Xalq Gücü Partiyasının lideri Kim Ki-Hyun bildirib. Ona məlumat verilib ki, BMT TŞ Şimali Koreyanın çıxışını dinləməyə hazırlaşır.
Qeyd edək ki, iyulun 12-də Şimali Koreyanın Yapon dənizinə doğru qitələrarası ballistik raket atdığı məlum olub.
Mənbə: gazeta.ru
www.102info.az