“WhatsApp”dan istifadəçiləri sevindirəcək iki yenilik – VİDEO

Maraqlı


“WhatsApp”ın yeni 2.23.15.6 “beta” versiyasında istifadəçilərə emojilər kimi müxtəlif reaksiyalara malik animasiyalı avatar yaratmağa imkan verən funksiya tapılıb.

Bu barədə mesencerdəki yenilikləri yaxından izləyən ekspertlər xəbər veriblər.

“Təkmilləşdirməyə şəkil çəkdirərək öz avatarınızı fərdiləşdirmək imkanı daxildir, fotoşəkildən avatar yaratmaq prosesinin qalan hissəsi isə avtomatikdir”, – deyə məlumatda vurğulanır.

Funksiya hazırda inkişaf mərhələsindədir.

Bundan başqa “WhatsApp” özünün müxtəlif emosiyalı avatarlarının genişləndirilmiş kolleksiyasını əlavə edib.

Hər iki xüsusiyyətin “Android” smartfonları üçün tətbiqin növbəti yeniləməsində peyda olması gözlənilir.

Mənbə: WABetaInfo

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir