Abşeronda şirkətin 90 min manatı mənimsənilib.
Bu barədə rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, rayonun Xırdalan şəhərində fəaliyyət göstərən “A+CO” Açıq Səhmdar Cəmiyyətinin tədarük və logistika meneceri vəzifəsində işləmiş İsrafil Abbaszadənin qanunsuz əməlləri ilə bağlı rayon prokurorluğunda aparılmış cinayət işinin istintaqı yekunlaşıb.
İstintaqla İsrafil Abbaszadə tərəfindən cəmiyyətə məxsus nəqliyyat vasitələri, eləcə də müxtəlif növ məhsulların ayrı-ayrı şəxslərə satılması və digər qanunsuz yollarla əldə olunmuş ümumilikdə 90 min manatdan artıq pul vəsaitinin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında İsrafil Abbaszadəyə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə cinayət işi aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
www.102info.az