Bu gün İkinci Qarabağ müharibəsi zamanı şücaəti ilə yanaşı, məlahətli səsi ilə əsgər yoldaşlarını ruhlandıran şəhid Xudayar Yusifzadənin doğum günüdür.
Oxu.Az xəbər verir ki, qəhrəman şəhidimizin anası Radə Qurbanova övladı barədə, onun düşüncələri, Vətənə münasibəti və həyata yanaşmasından danışıb.
“Zəngilan mənim üçün özəl yerdir. Çünki mənim övladım son nəfəsini burada verib. Mənfur düşmənin hücumu nəticəsində şəhid olub. Xudayar həmişə özünü hərbçi kimi görürdü”, – deyə o qeyd edib.
Radə Qurbanova döyüşlərin başladığı məqamı xatırlayır. Xudayarla telefon danışığında oğlunun onun narahat olmaması üçün soyuqqanlı şəkildə “narahat olma!” deməsini qeyd edir:
“Xudayar belə edirdi ki, biz müharibənin, döyüşlərin çətinliyini hiss etməyək”.
www.RIA24.az