“Yüksəliş” müsabiqəsinin meyarları var. Ölkədə idarəçilərin seçiminə aid meyarlar aydındır. “Yüksəliş” müsabiqəsi uzun illər ərzində bu baxımdan rol oynayacaq, öz töhfəsini verəcək”.
Oxu.Az xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov üçüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsində çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, bu il müsabiqə ulu öndərin 100 illiyi kontekstində baş tutur:
“Bu il müsabiqəyə qatılan iştirakçıların 60 faizi ötən illərdə də “Yüksəliş” iştirakçıları olublar. Onlar arasından finala yüksələnlər var.
Bu müsabiqə peşəkar müsabiqədir. İdarəçiliyi peşə kimi qəbul etməliyik. İdarəçilikdə olan peşə riskləri şəxsi inkişaf, şəxsi balansın qorunmasıdır. Digərlərindən daha çox çalışıb, daha çox töhfə vermək liderliyin təməl faktorlarında biridir. Bütün iştirakçılara uğurlar arzulayıram. Ən layiqli namizəd qalib gəlsin”.
Aysel Aslan
www.RIA24.az